"Siqarət çəkən, hamının qorxduğu, avtoritet qadın..." - Əməkdar artist

ARB TV-nin "Boş anlar" verilişinin növbəti qonağı əməkdar artist Mələk Abbaszadə olub.
Aktrisa oynadığı rolun onun xarakterində mənfi izlər qoymasından danışıb:
"Natiq Rəsulzadənin bir tamaşasında baş rol oynadım. Öz xarakterimə yüzdə-yüz əks bir rol idi. Mənə çox çətin idi. Siqarət çəkən, hər kəsin ondan qorxduğu, döyə bilir dərəcədə bir sərt avtoritet qadın obrazı idi. Rejissor istəmişdi ki, sənin səsini eşitmək istəmirəm çox aşağı tonlarda danış. Səs sinədən çıxsın.
İyrənc, kobud ola bilər, amma mənə qadınsı bir səs vermə. Mənim öz səsim daha yüksək tonlardadır. Səsim və plastikam üzərində işlədim. O, obrazın üzərində işlədikcə gördüm ki, mən özüm çox sərt, hər şeyə tez şəkildə partlayan, hirslənən, kobud cavab verən xarakterə dönüşməyə başladım. Hələ də arada o alçaq səs tonlar olur, birdən-birə aqresiv, kobud cavab vermək məndə o roldan sonra əmələ gəldi. İlk rol idi ki, xarakterimdə iz buraxdı".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















