“Yazdı ki, məni bunların əlindən al” - Zahid Sabirabadlının ürəkdağlayan həyat hekayəsi - VİDEO

Deyirdi ki, bu ad üstümdədir, yatıb ayılmadı.
Anews.az bildirir ki, ARB TV-nin "Bu qədər" proqramında bu dəfə mərhum klarnet ifaçısı Zahid Əliyevin (Sabirabadlı) həyatından danışılıb.
Saleh Əliyev - Atası: "Valideyndən ötrü canı çıxan bala idi. Çox yumuşaq ürəyi var idi. Görürdüm ki, səs gəlir. Dəfələrlə gəlib klarneti sındırıb atırdım. Yenə gördüm ki, səs gəlir. Gördüm ki, gizlənib tərin içində ifa edir. Dedi ki, nolar, sındırma bunu. Bizə ağır yükdü. Gözümün qabağında balam keçinib. 2 saat yarımın içində dünyasını dəyişdi".
Cavanşir Məmmədov - Əməkdar artist: "Onun hörmətli toyları olmuşdu. Hamısında mənə zəng edib demişdi ki, dəstəmin başında səni görürəm. Bir ağsaqqal kimi gəl otur orda. Hörməti itirməyən adamdır. Məndə telefonda mesajı var idi. Yazmışdı ki, məni bunların əlindən al. Adlar da yazmışdı. 2 dəfə onun qanını dəyişdirdim. 1 ilə yaxın heç nə istifadə etmədi. Mənimlə olan müddətdə də istifadə etmirdi. Bilirdi ki, nəzarət var üstündə".
Leyla Əliyeva - Həyat yoldaşı: "Sözlərlə ifadə etmək çox çətindir. Çox yaxşı insan idi. Birinci ailəsi ilə maraqlanardı. 2 il yarım kirayədə qaldıq. Pis vərdişləri olub. Anası rəhmətə gedənə qədər olub. Mən ailəli olduğum müddətdə görməmişəm. Deyirdi ki, bu ad üstümdədir. Ürəyində problem var idi. Yatıb ayılmadı".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















