Bakıda "Fransanın dadı" qastronomiya festivalı keçiriləcək

"Fransanın dadı" beynəlxalq qastronomiya festivalı ("Goût de France"/"Good France") bir daha paytaxtın qurmanlarını sevindirəcək. Bu il Fransanın Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə təşkil olunacaq tədbirdə Bakının beş ən yaxşı restoranı iştirak edəcək. Bunlar "Fly Bar", "Paris Bistro", "Marriott Absheron", "Dinamo Hotel" və "L'Avenue" restoranlarıdır.
Öz beş illik yubileyini qeyd edən "Fransanın dadı" festivalı martın 1-də başlayacaq və martın 16-dək davam edəcəkdir.
Festival ərəfəsində Institut Français d'Azerbaidjan komandası fransız mətbəxinə aid film nümayişləri və müsabiqələr təşkil edəcək. Belə ki, "Landmark" otelinin kinoklubunda fevral ayının hər cümə günü Fransanın mətbəxinə həsr olunan bədii və sənədli əsərlər nümayiş olunacaq.
Fransız mətbəxi fransız mədəniyyətinin ayrılmaz bir hissəsidirsə, fransız kinosunu fransız komediyası olmadan təsəvvür etmək mümkün deyil. Kristian Vensanın "Prezident üçün aşbaz" (2012) parlaq kinokomediyası bu cümə fevralın 1-də kinoqurmanlara təqdim olunacaq.
Əlavə məlumat:
Ünvan: "Landmark" oteli, Nizami küçəsi, 90 A
Tarix: 1 fevral | Saat: 19.00
Filmin müddəti: 95 dəq.
Film fransız dilində nümayiş olunacaq
Giriş pulsuzdur
***
Film nümayişlərinin proqramı:
1 fevral - "Prezident üçün aşbaz" rej. Kristian Vensan (2012, 95 dəq.)
Janr: komediya
Film fransız dilində nümayiş olunacaq
Giriş pulsuzdur
8 Fevral - "Mətbəx və asılılıq", rej. Filip Muil (1993, 96 dəq.)
Janr: komediya
Film fransız dilində nümayiş olunacaq
Giriş pulsuzdur
15 fevral - "Möminlərin mətbəxi", rej. Emanuel Moris və Nikolya Toma (2018, 59 dəq.)
Janr: sənədli
Film fransız dilində ingilis altyazıları ilə nümayiş olunacaq
Giriş pulsuzdur
22 fevral - "Kus-kus və barabulka" rej. Abdellatif Keşiş (2007, 2. 34 dəq.)
Janr: drama
Film fransız dilində nümayiş olunacaq
Giriş pulsuzdur
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















