“Oskar” mükafatlandırma mərasimində aparıcı olmayacaq

Bu ilin "Oskar” mükafatlandırma mərasimi ilk dəfə olaraq aparıcısız keçiriləcək. Bu, ABŞ kinematoqrafiya sənət və elmlər akademiyası tarixində son 30 il ərzində ilk belə haldır.
Bu barədə BBC məlumat yayıb.
"Oskar” mükafatlandırma mərasiminin yayım hüquqlarına malik olan "ABC Entertainment” telekanalının rəhbərliyi aparıcının olmayacağına görə, mükafatları təqdim edən aktyor və aktrisalara daha çox vaxt ayrılacağını diqqətə çatdırıb.
Xatırladaq ki, mükafatlandırma mərasiminin aparıcısı təyin olunmuş yumorist və komediya aktyoru Kevin Hart dekabr ayında "Twitter”də homofob (cinsi azlıqlara qarşı qərəzli - red.) məzmunlu ismarıclarından sonra düşən qalmaqala görə mərasimi aparmaqdan imtina etmişdi.
Sonuncu dəfə aparıcısız "Oskar” mükafatlandırma mərasimi 1989-cu ildə baş tutub. Həmin vaxt prodüser Allan Karr məşhurlardan ibarət mükafat təqdimatçılarına daha geniş vaxt vermək üçün belə qərara gəlmişdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















