• $
  • €
  • ₽
  • ₺
  • £

"Artıq AzTv-yə palatka müğənniləri yol tapa bilməyəcək" - Baba Vəziroğlu

"Artıq AzTv-yə palatka müğənniləri yol tapa bilməyəcək" - Baba Vəziroğlu
06.02.2019 15:56
"Bədii Şura yeni bir şey deyil. Sadəcə unudulmuş yaxşı köhnə ənənədir. Onu bərpa etmişik. Sovet dönəmində də televiziyanın tərkibində olub. Sənətkarların məsləhət şurasıdır".

Bu sözləri "Yeni Sabah"a açıqlamasında Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu deyib. Onun sözlərinə görə, BŞ senzura, qadağalar mərhələsi deyil:

"Gördüyünüz kimi orada bəstəkar, müğənni, opera müğənnisi, şair, instrumental ifaçı, Mədəniyyət sferası üzrə ali məktəblərin rektorları var. Yəni Azərbaycan Televiziyasının inkişafına , unudulmuş yaxşı ənənələrin bərpasına və müasir prizmadan baxmaq şərtilə AzTv-nin işinin yenidən qurulmasına, verilişlərin bədii səviyyəsinin artırılmasına, bizə yabançı, bəsit, bayağı musiqilərin ora yol tapmaması üçün kömək edəcəyik. Şuraya seçilənlər ad-san naminə dəvət olunmayıblar, hamısı çalışqan insanlardır. Böyük sənətkar olmaqla bərabər, həm də cəmiyyətin fəal üzvləridir".

B. Vəziroğlu bildirib ki, bu gün ilk iclas baş tutub:

"Belə anladım ki, hər iki tərəf, yəni həm rəhbərlik, həm də Bədii Şuranın birgə səyi gözəl nəticələr verəcək. Bu, bizi həm işimizin nəticəsini görən sənətkarlar kimi, həm də televiziya tamaşaçıları kimi sevindirəcək. Məncə, işlər yoluna düşəndən sonra xarici kanallara baxan tamaşaçıların sayı xeyli azalacaq. Bu bizim ən böyük missiyamızdır".

O, həmçinin gənclərə xüsusi önəm veriləcəyini vurğulayıb:

"Yeni proqramlar olacaq. Gənclərə xüsusi önəm veriləcək. Artıq AzTv-yə palatka müğənniləri, onların musiqiləri yol tapa bilməyəcək. Televiziyanın solistlərinin kimlər olacağı məlum olacaq. Hər küçədən keçənlər solist seçilməyəcəklər. Canlı konsert, verilişlər yayımlanacaq. Səs keyfiyyəti çoxunu narahat edirdi, bu problem düzələcək. Dekorasiyalar, təcrübəli rejissorlar, səs operatorları, redaktorlara xüsusi diqqət ediləcək.

Son 20 ildə "Qızıl Fond"a bir əsər də əlavə olunmayıb. Yalnız 30-50 il qabaq yaranmış fonddan istifadə edirik. Bəs o xəzinə bitəndən sonra nədən istifadə edəcəklər? Bu gün ən vacib məsələlərdən biri də "Qızıl Fond"u davamlı şəkildə zənginləşdirməkdir. Ora korifeylərimizin istər lent yazılarını, istərsə də mahnılarına yazılan əsl ekran əsərləri daxil edilməlidir.

Bundan başqa diktorların danışıq, səhnə mədəniyyəti, söz bazası BŞ- nin nəzərində olacaq".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol