“Amaliya Pənahovanın qəbirüstü abidəsini övladları qoyacaq”

Dünəndən Xalq artisti Amaliya Pənahovanın qəbirüstü abidəsinin hələ də qoyulmaması sosial şəbəkələr və mediada müzakirə olunur. Mədəniyyət Nazirliyi üç aydır ki, dünyasını dəyişən məşhur aktrisanın büstünün hazırlanması ilə Bakı Şəhər İcra Hakimiyyətinin məşğul olduğunu bildirsə də, qarşı tərəf bundan xəbərsiz oluğunu qeyd edib.
Anews.az bildirir ki, qafqazinfo mərhum sənətkarın qurucusu olduğu Bakı Bələdiyyə Teatrının Truppa müdiri Zemfira Babayeva ilə əlaqə saxlayıb. O, hazırda məşqlərdə olduğunu, mövzu barədə əməkdar artist Əfqan Soltanovun cavab verəcəyini bildirib.
Teatrın aktyoru isə qafqazinfo-ya bildirib ki, A.Pənahovanın qəbirüstü abidəsi ilə övladları - İlqar və Aynur Muxtarovlar məşğuldur:
"Büst, demək olar ki, hazırdır. Bir müddət sonra qoyulacaq. Bu işlə nə nazirlik, nə də icra hakimiyyəti məşğuldur. Qəbirüstü abidə ailəsi, övladları tərəfindən hazırlanır".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















