• $
  • €
  • ₽
  • ₺
  • £

"Adam o qədər zəngindir ki, 15-20 müğənni saxlaya bilər" - Damlanın məmur sevgilisinin FOTOSU

"Adam o qədər zəngindir ki, 15-20 müğənni saxlaya bilər" - Damlanın məmur sevgilisinin FOTOSU
14.02.2019 19:06
Azərbaycanın tanınan müğənnilərinin özəl həyatı vaxtaşırı gündəmə gəlir. Son vaxtlar bəzi qadın müğənnilərin sponsorları haqda da maraqlı və ziddiyyətli məlumatlar yayılır. Bu məsələdə müğənni Damlayla Şəbnəm Tovuzlu öndə gedir yazsaq, yəqin ki yanılmarıq.


Anews,az  musavat.com-a istinadən xəbər verir ki, Damlaya maddi dəstək verən şəxs Azərbaycanın qərb rayonlarından birinin icra strukturunda yüksək vəzifə tutur. Onun sabiq nazirlərdən birinin xalası nəvəsi olduğu haqda məlumatlar var. Mənbə həmin məmurun adını deyib, fotosunu yollayıb. Amma bəzi etik səbəblərdən Damlanın sponsor-sevgilisinin adını hələlik yazmağı məqsədə uyğun bilinməyib.

Mənbə bildirir ki, həmin məmur çox zəngindir. Onun bölgələrdə, paytaxt Bakıda və xarici ölkələrdəki mal varlığı haqda da bəzi bilgilər əldə etmişik. Mənbənin iddiasına görə, adam o qədər zəngindir ki, 15-20 müğənni saxlamaq imkanlarına malikdir. Onun adı yerli mətbuatda demək olar ki, indiyədək hallanmayıb. 

                      Damlanın sevgilisi iddia edilən şəxs


Qaynağımızın iddiasına görə, bu məmur adının hallana biləcəyindən çox ehtiyat edir. Ona görə də iz azdırmaq üçün Damlanın yanına Şəbnəmi də qoşaraq, onların sevgililərinin başqa adam(lar) olduğu haqda mediada yalan məlumat yaydırır. Və yalan xəbər sosial şəbəkələrə də ayaq açıb. Bu qadın müğənnilər də sanki bilincli şəkildə heç bir təkzib vermirlər. Çünki "sponsor” müəllim belə tələb edir.

Amma cidanı çuvalda, sevgilini gizlində saxlamaq olmaz, necə deyərlər. Xüsusilə də müasir dünyada xəbər gizlətmək mümkünsüz işdi.


Musavat.com xatırladır ki, Şəbnəm Tovuzlu bir neçə ildir ki, Hacı Rafiq kimi tanınan iş adamı ilə evli olduğunu deyir. Ərli qadın olduğunu deyən Şəbnəm, adı başqa bir kişiylə sevgili kimi hallansa da bundan rahatsız olub, təkzib yaymır.

Yeri gəlmişkən, özünə Tovuzlu ləqəbi götürmüş Şəbnəmin əslində Cəlilabaddan olduğu deyilir. Müğənninin yaxınlarının musavat.com-a bildirdiyinə görə, onun atası Cəlilabad rayonundan, anası Tovuzun Qovlar qəsəbəsindəndir. Atası bunları tərk edib getdikdən sonra, anası yenidən Tovuza qayıdıb və başqa biriylə ailə qurduğu üçün Şəbnəm xalasının himayəsində böyüyüb.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol