“Deyirdi, istəmirəm mənim balam yetim qalsın” - Elçin Həmidovun qeyri-adi ölümü - VİDEO

ARB TV-nin "Bu qədər" proqramında bu dəfə 53 yaşında dünyasını dəyişən aktyor Elçin Həmidovun həyatından danışılıb.
Anews.az bildirir ki, aktyorun dostları onunla bağlı xatirələrini bölüşüblər:
Nahidə Orucova - Dostu: "Dostluğumuz universitet illərindən başlayıb. Onun ölümü ilə mən çox şey itirdim. Dostumu, sirdaşımı itirdim. Mənim həyatımda Elçin çatmır. Özü valdeyinlərini, bacı-qardaşını erkən itirmişdi deyə evlənmək istəmirdi. Deyirdi, "istəmirəm mənim balam yetim qalsın, yoldaşım tək qalsın". Hər axşam görüşürdük, ölümündən bir gün əvvəlki axşam da birlikdə idik".
Dilarə Əliyeva - Dostu: "Deyir, komediya aktyorları ölümlərindən sonra da insanları güldürməyə davam edirlər. Onun yoxluğunun məni çox incitməsinə baxmayaraq nə zaman ki, onun adı çəkilir üzümdə təbəssüm yaranır. Düşünürəm ki, bundan sonra illər keçsə də İlhamə Quliyevanı onun kimi mükəmməl şəkildə parodiya edən olmayacaq. Məncə, Elçin xoşbəxt olmaqdansa xoşbəxt olmağı oynayırdı".
Coşqun Rəhimov - Dostu: "Çoxları aktyorlar üçün teatrı ikinci ev adlandırır, amma mən deyərdim ki, teatr Elçinin elə birinici evi idi. O, bizim konsertimizə gəlməyi çox arzulayırdı. Qismət olmadı. Müşfiq o yerləri heç kimə vermədi, yeri boş qaldı".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















