"Narkotikə görə 1-2 sutka komada olmuşam" - Elşad Xose

Tanınmış repçi Elşad Xose Murad Arifin "Youtube" layihəsi olan "Popumuz var"a qonaq olub.
Sonxeber.az "qafqazinfo"ya istinadən xəbər verir ki, ifaçı verilişdə "Eurovision - 2019" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən "Truth" mahnısını tənqid edib.
"Ay balam, bununla Avropada heç kimi təəcübləndirə bilməzsən. Şərqlə bağlı nəsə etməlidirlər. Bu, sanki Avropadan birinin gəlib tar çalmağına bənzəyir. Ona deyərik ki, get, öz ölkəndə çal, burada belələri çoxdur. Mən demirəm ki, səhnəyə tar kamança ilə çıxaq. Etnik nələrsə etmək lazımdır".
Bundan əlavə, Xose Türkiyə istehsalı olan serialların insanların zövqünü korladığını bildirib:
"Türk serialları insanlarımıza xəyanəti öyrədir. Digər xarici seriallarda hər şey qabarıq deyildi. Heç "Santa barbara", "Prosta Maria" serialları beynimizi belə yumamışdı. Türkiyə serialları evimizi yıxdı".
Elşad proqramda daha narkotik istifadə etmədiyini qeyd edib: "İnsan necədirsə, elə də qəbul olunmalıdır. Narkotikin təsirinə düşmək üçün məsləhət görməyə çətinlik çəkirəm. Heç kim bundan sığortalanmayıb. Valideyn tərbiyəsinin də buna aidiyyatı yoxdur. Ən ziyalı, ən gözəl ailələr var ki, oğlanları narkomandır. Yetərincə belə nümunələr var. Müəyyən məqamlarda rastına çıxan insanlarla, çevrə ilə bağlıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















