• $
  • €
  • ₽
  • ₺
  • £

"Hər gün şəhid qanı bunlara görəmi axır?" - Flora Kərimova yayılan video haqda

"Hər gün şəhid qanı bunlara görəmi axır?" - Flora Kərimova yayılan video haqda
01.04.2019 17:24
Buyurun, Millət...

Mən deyəndə bəziləri özlərinə sərf edən tərzdə məni qınadılar, linç etdilər. "Nə var burda", "nə oxuyub ki", "niyə qarışırsız", "mənə dəxli var?" - deyib keçdiyinizin əks-sədasıdır. 

Gözəl Çin atalar sözü var: "bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir ordunu məhv edər".

İndi durub günahkar axtarıb, kimisə qurban vermək, artıq gec deyilmi?! Kökünü bəsləyib, üzə çıxan alaqları təmizləməyin nəticəsi olacaqmı?! Özü də BİGANƏLİKLƏ 31 MART soyqırım müsibətimizi, faciəmizi andığımız bir gündə...

QADIN adının məsuliyyəti KİŞİ adının məsuliyyətindən daha böyükdür. Bu kimi hallardan istifadə edənlər, gündəmə gətirənlər heç düşündülərmi NƏ ETDİLƏR?! Halları ikrah doğuranları qoyduq bir kənara, qardaşları-bacıları, valideynləri, qohumları, çevrələrində namuslu, qeyrətli kim varsa, hamısını gözükölgəli, başıqapazlı etdilər! Tək dərd budurmu, MİLLƏT?! Sabah bizim, millət olaraq, namusdan söz düşəndə OĞULLARIMIZIN ÜZÜNƏ ŞİLLƏ KİMİ BU VİDEONU ÇIRPACAQLAR ki, sənin "qadının" budur, sənin "kişin" budur, sənin "qeyrətin-namusun" budur?!!! Di qalxın bunun altından!!!

İctimai qınaq, utanc PƏRDƏSİ aradan götürülüb artıq. Kim nə istəyir, onu etməməli idi, ETDİ! Nə düşünür, onu dilinə gətirməməli idi, DEDİ! Acıq şəkildə kimsə əxlaqının alverini edəndə, söz sahibləri açıq-aşkar EFİR etikasını pozulanda, bu YARĞANLAR ÇAT olan vaxtlar deyəndə ki, "olmaz, bu bayağılığı yığışdırın, nə qadına, nə kişiyə yaraşır, cəmiyyəti çirkləndirməyin”... bir çoxları əməllərinə haqq qazandırıb üstümə gəldi və buna ƏKSƏRİYYƏTİNİZ görməzlikdən gəldiniz (söhbət nüfuz sahiblərindən gedir)! Bu gün biri ÖZ dəyərini əlində qazandığı pulla ölçüb, qaval çalıb oynayanda, sabah ona baxıb başqası lüt soyunub, salfetka ilə oynayacaqdı. Və oldu!!! Bunu görmək çoxmu çətin idi?

Təəssüf ki, artıq ilmələr sökülüb. Baş Prokurora, nazirlərə müraciət edilir. Nə günə qaldıq ki, nazir səviyyəsində, Baş Prokuror səviyyəsində, deputat səviyyəsində elementar ailə tərbiyəsi həll edilir. 

Hər gün şəhid qanı bunlara görəmi axır, hər gün analar bunlara görəmi qara geyinir? MİLLƏT, BU OLMAMALI İDİ, BUNU YAŞAMAMALI İDİK, BU YERƏ ÇATDIRMAMALIYDIQ!!!

Flora Kərimova,

Azərbaycan Respublikasının ilk xalq artisti


Lent.az

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol