AzTV Rəşad İlyasovla bağlı qərarını açıqladı

Artıq bir neçə gündür ki, Space TV-dəki efir biabırçılığı, müğənnilər Rüfət Axundov və Rəşad İlyasov ətrafında müzakirələr aparılmaqdadır. Qeyd edək ki, qalmaqallı veriliş zamanı Rüfət Axundovla birlikdə mahnını zümzümə edən Rəşad İlyasovun da həmkarının söyüşlərini təkrarlayaraq, aparıcıya tərəf gülə-gülə həmin ifadələri işlətməsi onu da qalmaqalın cənginə salmışdı. Bundan sonra əməkdar artist R.İlyasovun AzTV-nin solistliyindən çıxarılması haqda şayiələr yayılıb.
AzTV-nin "İctimai-siyasi proqramlar” redaksiyasının baş redaktoru Sərvər Bayramov məsələ ilə bağlı "Yeni Müsavat”a açıqlama verib. Qurum əməkdaşı qeyd edib ki, müğənniyə qarşı heç bir qadağa tətbiq edilməyəcək:
"Qeyd edim ki, bu hadisə digər televiziya kanalının efirində baş verib. Bunun üçün də məsələnin araşdırılması MTRŞ-yə aiddir. Məlum olduğu kimi, MTRŞ artıq hadisə ilə bağlı öz açıqlamalarını yayıb. Açıqlamada da göründü ki, Rəşad İlyasovun bu məsələdə birbaşa günahı yoxdur. Neqativlər yalnız onun həmkarı ilə bağlıdır.
MTRŞ-nin araşdırmasının nəticəsinə uyğun olaraq, R.İlyasov AzTV-nin solistliyində qalır”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















