“5 il ruhi xəstəxanada yatdım” - Ölüm xəbəri yayılan bəstəkardan açıqlama – VİDEO

Bir müddət öncə ölüm xəbəri yayılan bəstəkar Ətiqə Ələkbərova ARB TV-nin "Səhər-Səhər” proqramının mikrofonuna açıqlamalar verib.
O, bildirib ki, hələ sağ olduğunu bildirib:
"Ərsiz yaşaya bilərəm, musiqisiz yox. Həmin adamam mən. Lazımsız, bayağı mahnıları söndürürəm. Elton, Nurlan oxuyanda mən ağlayıram. Musiqini biz yazırıq, gözəlləşdirən müğənnidir. Eldar Mansurov mənə zəng edib həmişə deyirdi ki, sən sakit bəstəkarsan. Nazpəri 2 mahnımı götürdü, 2 dənə yüzlük verdi. Hansı ki, "ayrılmayaydıq” mahnısı ilə milyoner oldu. Mən mahnı satmırdım. Adam sevdiyi şeyi sata bilməz. Müğənni mənə 500 manat pul verirdi, dedim ki, get Xanım İsmayılqızının yanına o sənə verər”.
Bəstəkar daha sonra xaricdə yaşayan qızlarından da söz açıb:
"Gecə polislər içəri girdi, hamısı məni qucaqladı. Dedilər ki, bizlik deyil, rəis dedi ki, gəlsin yanıma işim var. Qonşum şikayət edib ki, guya ona balta qaldırmışam. Orda dedilər ki, ruhi xəstəxanaya göndəriləcək. 5 il orada yatdım. Qızlarım Amerikadadır. Əkiz qızlarımdır. Vaxtları yoxdur gəlib görüşməyə. Gələrlər də. Darıxıram. Neyləsinlər, uşaqları var, işləyirlər”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















