AMEA prezidenti Səməd Vurğunu tənqid etdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə AMEA-nın Ümumi yığıncağında Xalq şairi Səməd Vurğunun "Vaqif" dramında Ağa Məhəmməd Şah Qacara yanaşmanın düzgün olmadığını bildirib.
"Report"un xəbərinə görə, A.Əlizadə dramı oxuduğunu bildirərək qeyd edib ki, əsərdə Ağa Məhəmməd şah Qacar hiddətlənərək Molla Pənah Vaqifin arxasınca "Aparın, aparın onu zindana, göz dağı çəkdirin Azərbaycana" deyir:
"Sənədlərlə tanış olduqda görürsən ki, Qacar əsərdə təqdim edilən kimi bir şəxsiyyət olmayıb. Sənədlərdə Qacarla bağlı xeyli müsbət məqamlar var.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabında Ağa Məhəmməd şah Qacar şəxsiyyətinə sənədlərlə nəzər salıb".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















