Elza saytları məhkəməyə verdi – Bu şeirə görə

Əməkdar artist Elza Seyidcahan saytları məhkəməyə verib.
Bu barədə ifaçı özü məlumat verib. O bildirib ki, xəbər saytları ilə bağlı məhkəməyə müraciət etməsinin səbəbi onun haqqında dezinformasiya yayılmasıdır:
"Biz "Sənə bənzər” adlı solo konsertimə hazırlaşan ərəfədə xəbər saytlarında mənə aid olduğu iddia edilən şeir yayımlandı. Ona şeir də demək olmaz, söz yığını idi. Həmin söz yığınının müəllifi mən deyiləm, adımdan yalan-yanlış xəbərlər dərc etdilər. Məhkəməyə müraciət etdim ki, məsələ araşdırılsın, hadisənin mənbəyi hansı sayt olub üzə çıxarılsın. Hazırda məhkəmə prosesi davam edir”.
Qeyd edək ki, Elza Seyidcahan aprelin 28-də Heydər Əliyev adına Sarayda "Sənə bənzər” adlı konsert proqramı ilə çıxış edib. Konsert proqramı müğənninin 25 illik səhnə fəaliyyətinə həsr olunub.
Onun olduğu iddia edilən "Sevgi nədir deyirlər?” adlı şeir isə xəbər saytlarında aprelin 24-ü yayılıb. (modern.az)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















