“Eurovision-2015”in aparıcıları bu üç xanım olacaq

Vyana şəhərində keçiriləcək "Eurovision-2015” mahnı müsabiqəsini ORF teleradioyayım kompaniyasının qərarına əsasən üç xanım aparacaq.
"Eurovision-2015” mahnı müsabiqəsinin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də olacaq.
Bu xanımlar möhtəşəm tədbirlərin aparılmasında böyük təcrübəsi olan Miryam Vaykselbraun, Alis Tumler, Arabella Kisbauerdir. Onların hər üçü Avstriya ilə yanaşı, digər ölkələrdə də nüfuzlu proqramlara aparıcılıq ediblər.
Otuz üç yaşlı Miryam Vaykselbraun "MTV European Music Awards” və "MTV Video Music Awards” mərasimlərini, həmçinin "Rock Am Ring” və "German Film Prize” festivallarını tamaşaçılara təqdim edib.
Beş əcnəbi dildə danışan otuz beş yaşlı Alis Tumler ARTE fransız-alman telekanalında musiqi proqramlarını, Fransa televiziyası üçün səyahət verilişini, "KORA All African Music Awards” mərasimini aparıb.
Qırx beş yaşlı Arabella Kisbauer isə Almaniyada 10 il tok-şouya aparıcılıq edib.
Müsabiqənin "Green-room”unda isə bu yarışmanı ölkəsinə gətirən Konçita Vurst olacaq.
AzərTAC
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















