• $
  • €
  • ₽
  • ₺
  • £

"Ermənistanın əsl məqsədi təxribatçı əməllərlə danışıqlar prosesinə xələl gətirməkdir"

"Ermənistanın əsl məqsədi təxribatçı əməllərlə danışıqlar prosesinə xələl gətirməkdir"
29.09.2015 11:00
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində almaniyalı həmkarı Frank-Valter Ştaynmayer ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə. görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsi barədə son vəziyyətlə bağlı həmkarına məlumat verən nazir Elmar Məmmədyarov Ermənistanın əsl məqsədinin müxtəlif təxribatçı əməllərlə danışıqlar prosesinə xələl gətirmək və işğal və təcavüzə əsaslanan mövcud status kvonu davam etdirmək olduğunu vurğulayıb. Nazir bildirib ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistanın qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı, işğal və təcavüz faktına son qoyulmalı, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunmalıdır.

E.Məmmədyarov işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmaq əvəzinə Ermənistanın bu ilhaqçı siyasətinin münaqişənin həllində başlıca mane olduğunu və regional sülh və təhlükəsizlik üçün təhdid yaratdığını nəzərə çatdırıb. O, münaqişənin həlli prosesində ATƏT-in Minsk Qrupunun bütün üzvlərinin fəallıq göstərməsi və yaxından iştirak etməsinin vacibliyini qeyd edib.

Nazirlər növbəti il ATƏT-in fəaliyyətdə olan sədri statusunda Almaniyanın sədrlik dövrü üçün gündəliyi və prioritetləri ətrafında fikir mübadiləsi aparıblar. Almaniya xarici işlər naziri ATƏT-dən daha çox gözləntlərinin olduğunu qeyd edərək, təşkilatın modernləşdirilməsi kimi məsələlərin prioritet sahə kimi gündəliklərində olacağını nəzərə çatdırıb.

Nazir E.Məmmədyarov ATƏT və onun strukturlarının, o cümlədən Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) fəaliyyətinin təkmilləşdirilməsinə xüsusi ehtiyacın olduğunu vurğulayıb. O, ATƏT DTİHB-in Azərbaycanda keçiriləcək seçkilər ilə əlaqədar bəyanatının DTİHB-in mandatına zidd olduğunu qeyd edərək, DTİHB-in tətbiq etdiyi seçki metodologiyasının ciddi surətdə yenidən nəzərdən keçirilməli olduğunu bildirib.

Avropa Parlamentinin Azərbaycana dair qəbul etdiyi qətnaməsinə toxunan E.Məmmədyarov əsassız və qərəzli olan bu qətnamə ilə Avropa Palamentində olan bəzi qüvvələrin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə zərbə vurduqlarını diqqətə çatdırıb.

Görüş əsnasında Suriya böhranı və onun doğurduğu fəsadlar, beynəlxlaq terrorçu şəbəkələrə qoşulan əcnəbi döyüşçülər və miqrant problemi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol