• $
  • €
  • ₽
  • ₺
  • £

MSK Elza Seyidcahanın deputatlığa namizədliyini qeydə alıb

MSK Elza Seyidcahanın deputatlığa namizədliyini qeydə alıb
11.10.2015 20:33
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürən əməkdar artist  Elza Qasımova (Seyidcahan) namizədliyinin müvafiq dairə seçki komissiyası (DSK) tərəfindən qeydə alınmaması barədə şikayətinə baxılıb.
 

APA-nın məlumatına görə, MSK üzvü Ramiz İbrahimov deyib ki, DSK qərarı 43 imzanın etibarsız sayılması, imza verən 180 seçicinin isə imzasının imtina etməsinə əsaslanıb.
 
MSK İşçi Qrupunun apardığı araşdırma zamanı məlum olub ki, 78 nəfərin imzalarından imtina etməsi əsaslıdır, 102 nəfərin imzasından imtina ərizələri isə əsaslı deyil. MSK İşçi Qrupu hesab edir ki, etibarlı sayılan imzalar da E. Seyidcahanın namizəd kimi qeydə alınması üçün yetərlidir.
 
MSK E. Seyidcahanın namizədliyinin  54 saylı Şabran Siyəzən DSK tərəfindən qeydə alınmaması barədə şikayətini əsaslı sayıb, DSK-nın qərarını ləğv edib, E. Seyidcahanın namizədliyi qeydə alınıb.
 
İclasda iştirak edən E. Seyidcahan namizədliyi qeydə alındığı üçün təşəkkür edib: "Əks halda saxtakarlıqda ittiham olunmağım məni çox narahat edirdi”. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol