• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident: "Paxıllar, bəzi dairələr bizim işimizə kölgə salmaq istəyirdilər"

Prezident: "Paxıllar, bəzi dairələr bizim işimizə kölgə salmaq istəyirdilər"
28.10.2015 19:54
"Son illər ərzində iqtisadi inkişaf tempinə görə dünyada Azərbaycana bərabər ikinci ölkə yoxdur. 

Vaxtilə bizim uğurlarımızı neftlə bağlayırdılar. 

Paxıllar, bəzi dairələr bizim işimizə kölgə salmaq istəyirdilər. İndi neftin qiyməti iki dəfədən aşağı düşüb. Ancaq biz yenə də inkişaf edirik, yenə də nümunə göstəririk". "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonunda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, bu ilin 9 ayında Azərbaycanda qeyri-neft sənayesi 10 faizdən çox artıb: "Eləcə də ümumi daxili məhsul təxminən 4 faiz, qeyri-neft sektoru təxminən 6 faiz artıb. Bu qurğunun istifadəyə verilməsində də biz liderlik göstərmişik. Heç bir başqa ölkədə bu böyüklükdə və bu səviyyədə təmizləyici qurğu yoxdur. Bunu ancaq müstəqil Azərbaycan edə bilər və edir. Gələcəkdə bütün lazım olan infrastruktur layihələrini icra edəcəyik. 

Əminəm ki, 3-cü regional inkişaf proqramının icrası nəticəsində Azərbaycanda bütün əsas infrastruktur layihələri icra ediləcək. Bu da 2018-ci ildə gözlənilir. Bununla da insanlar daha yaxşı, rahat, təhlükəsiz və rifah içərisində yaşayacaqlar". 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol