• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan seçkilərə ekspert göndərilməsi üçün yenidən ATƏT DTİHB-yə müraciət edib

Azərbaycan seçkilərə ekspert göndərilməsi üçün yenidən ATƏT DTİHB-yə müraciət edib
30.10.2015 16:59
"Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi DTİHB direktorunun Azərbaycanda keçiriləcək seçkiləri izləməmək barədə qeyri-konstruktiv qərarını qəbuledilməz hesab edir.”
 
APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) mandatını pozması ilə bağlı yaydığı bəyanatında deyilir.
 
Bəyanatda bildirilir ki, DTİHB tərəfindən göstərilən bu yanaşmaya baxmayaraq, Azərbaycan nümayəndə heyəti seçkilərə qədər bu məsələnin həllini tapacağına dair ümidini ifadə edib: "Ötən həftə DTİHB ilə yenidən məsləhətləşmələr aparıb, məhdud sayda ekspert göndərilməsi ilə bağlı təklif vermişik. Təəssüf ki, DTİHB Azərbaycan tərəfinin xahişini yenidən rədd etdi. Bizim DTİHB-lə münasibətlərimiz həmişə konstruktiv olub. Direktor Linkin müşahidə missiyası göndərməmək qərarı verməsindən sonra biz Daimi Şuranı proses barədə məlumatlandırmışıq və büronu məsləhətləşmələr aparmağa dəvət etmişik”.
 
Bəyanatda o da vurğulanır ki, DTİHB öz öhdəliklərini icra etmədiyi halda, Azərbaycanın ATƏT-dəki Daimi Nümayəndəliyi DTİHB-nin aktuallığını yenidən nəzərdən keçirəcək.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol