• $
  • €
  • ₽
  • ₺
  • £

​Rövnəq Abdullayev: "Cənab prezident dini tolerantlığın tərəfdarıdır"

​Rövnəq Abdullayev: "Cənab prezident dini tolerantlığın tərəfdarıdır"
09.11.2015 12:00
 "Biz Gürcüstanda olan 440-a yaxın kilsə, məbəd və məscidlərə pulsuz qaz verməyə başladıq. Həmçinin erməni kilsələrini də, qazla təmin edirik. 

Allah yolunda. Bizim erməni kilsəsi ilə heç bir düşmənçiliyimiz yoxdur".

Bunu ANS-ə müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

SOCAR prezidentinin sözlərinə görə, bu addım Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən atılıb:

"Bilirsiniz ki, cənab prezidentin sərəncamı ilə bütün dini məbədlər qazla pulsuz təmin olunur. Bizdə bütün dini məbədlər qazla təmin olunur. Eyni zamanda, dövlət başçısı Gürcüstanda yaşayan azərbaycanlıları da düşünərək, bu ölkədəki dini məbədlərin də qazla pulsuz təmin olunmasına göstəriş verdi. Prezident istəyir ki, Azərbaycanda olan tolerantlıq Gürcüstanda da olsun. Əgər dini tolerantlıq olarsa, bizim soydaşlarımıza orda yaşamaq daha rahat olar. Ona görə də, biz Gürcüstanda olan 440-a yaxın kilsə, məbəd və məscidlərə pulsuz qaz verməyə başladıq. Həmçinin erməni kilsələrini də, qazla təmin edirik. Allah yolunda. Bizim problemimiz Ermənistan hökumətinin başında duran bəzi insanlarladır. İndi görürsünüz ki, orada nə qədər narazılıqlar var. Xalqın günahı yoxdur ki. Azərbaycanın tolerant xalq olduğunu cənab prezident bir daha sübut etdi".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol