• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Ermənistan prezidentləri dekabrda görüşə bilərlər

Azərbaycan və Ermənistan prezidentləri dekabrda görüşə bilərlər
19.11.2015 11:46
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü çox güman ki, dekabrın əvvəlində baş tutacaq.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə erməni parlamentinin vitse-spikeri, hakimiyyətdə olan "Ermənistan Respublika partiyası”nın mətbuat katibi Eduard Şarmazanov partiyanın iclasından sonra bildirib.  

"Prezidentlərin görüşü yaxın həftələrdə baş tutacaq. Dekabrın əvvəlində Əliyev-Sarkisyan görüşünün mümkün olacağını güman edirəm. Bu görüşün hansı gün keçiriləcəyi barədə prezident aparatı qəbul olunmuş qaydalar üzrə xəbər verəcək”, - Şarmazanov deyib.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andriye (Fransa) 26-28 oktyabr tarixlərində münaqişə regionuna səfər ediblər.

Səfərin nəticələrinə görə vasitəçilər Azərbaycan və Ermənistan prezidentlərinin ilin sonuna qədər yüksək səviyyədə görüş keçirməyə hazır olduqlarını təsdiqləmələri barədə bəyanatla çıxış ediblər.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol