• $
  • €
  • ₽
  • ₺
  • £

Çin parlamentinin sədri: “Azərbaycan Cənubi Qafqazda mühüm tərəfdaşımızdır”

Çin parlamentinin sədri: “Azərbaycan Cənubi Qafqazda mühüm tərəfdaşımızdır”
10.12.2015 17:37
Azərbaycan prezidenti İlham Əliyev Pekində Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri (parlament sədri) Can Decianla görüşüb.

APA-nın məlumatına görə, C. Decian prezident İlham Əliyevi rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.
 
O, Azərbaycan prezidentinin Çinə dövlət səfərinə böyük əhəmiyyət verildiyini, bu səfərin gələcək əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyini bildirib. C. Decian Çinin ölkəmizlə dostluq münasibətlərinin dərinləşməsinə böyük önəm verdiyini, Azərbaycanın Cənubi Qafqazda Çinin mühüm tərəfdaşı olduğunu vurğulayıb.
 
Ölkələrimiz arasında qarşılıqlı etimadın mövcudluğunu, mühüm məsələlərdə Azərbaycanın və Çinin hər zaman bir-birinin yanında olduqlarını deyən parlament sədri Çinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllinə dəstək verdiyini bildirib, Azərbaycanın da "Vahid Çin” məsələsində göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
 
Ölkələrimizin BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiklərini deyən C. Decian prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf etdiyini, respublikamızda sabitliyin hökm sürdüyünü, "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının uğurla icra edildiyini diqqətə çatdırıb.
 
Prezident İlham Əliyev isə Çinə səfərindən məmnunluğunu bildirib, bu səfərin Azərbaycan-Çin əməkdaşlığının gələcək inkişafında mühüm mərhələ olacağını deyib. Yeni Azərbaycan Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrikinə görə C. Deciana minnətdarlıq edən dövlət başçısı Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında uzun illərdir fəal əməkdaşlığın aparıldığını bildirib. Prezident İlham Əliyev Çinə dövlət səfərinin ikitərəfli əməkdaşlığın gələcək inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. Ölkələrimizin siyasi və iqtisadi sahələrdə uğurla əməkdaşlıq etdiyini deyən dövlət başçısı qədim İpək Yolu üzrə iqtisadi zolağın yaradılması təşəbbüsünün Azərbaycan tərəfindən dəstəkləndiyini, ölkəmizin bu layihədə mühüm tranzit iştirakçıya çevrilməsinin əhəmiyyətini vurğulayıb.
 
Prezident İlham Əliyev ölkələrimizin Asiya İnfrastruktur İnvestisiyaları Bankı və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlıq etdiyini də deyib.
 
Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq Çinin bu problemin ölkəmizin suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib, Ermənistanın münaqişənin həlli ilə bağlı BMT-nin qəbul etdiyi qərar və qətnamələri yerinə yetirmədiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev Azərbaycanın da "Vahid Çin” prinsipinə dəstək verdiyini, ölkələrimizin beynəlxalq terrorizm, təcavüzkar separatizm kimi təhlükələrə qarşı eyni mövqedən çıxış etdiyini bildirib.
 
Görüşdə parlamentlərarası əlaqələr, regional, humanitar, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
 




www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol