• $
  • €
  • ₽
  • ₺
  • £

Artur Rasi-zadə: “Azərbaycan hər zaman Türkiyənin yanındadır”

Artur Rasi-zadə: “Azərbaycan hər zaman Türkiyənin yanındadır”
22.12.2015 14:17
"Əlaqələrimizi daha da inkişaf etdirmək üçün bizim böyük potensialımız var”

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "Report”un "Azərtac”a istinadən verdiyi xəbərə görə, Baş nazir Türkiyə Böyük Millət Məclisinə noyabrın 1-də keçirilmiş seçkilərdə qələbə qazanmış parlament üzvlərini təbrik edib. Artur Rasi-zadə qeyd edib ki, Türkiyədə seçkilər beynəlxalq standartlara uyğun, demokratik və şəffaf şəraitdə keçirilib.

Azərbaycan-Türkiyə münasibətlərindən danışan Baş nazir Artur Rasi-zadə bildirib ki, qardaş ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir. Bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, humanitar, hərbi sahələrdə əlaqələr daha da genişlənir.

Baş nazir deyib ki, dünyada cərəyan edən hadisələr, yeni çağırışlar bizlərdən də adekvat addımlar atmağı tələb edir: "Əlaqələrimizi daha da inkişaf etdirmək üçün bizim böyük potensialımız var. Bu gün Azərbaycan və Türkiyə birgə böyük iqtisadi layihələr reallaşdırır. Dünyada cərəyan edən proseslər göstərir ki, biz istər iqtisadi, istərsə də siyasi cəhətdən daha da güclü olmalıyıq. Azərbaycan hər zaman Türkiyənin yanındadır və bu, daim belə olacaq”.
Azərbaycanın sabit bir ölkə olduğunu vurğulayan Artur Rasi-zadə diqqətə çatdırıb ki, dünyada gedən iqtisadi böhranlara baxmayaraq, təkcə son 11 ayda ölkə iqtisadiyyatı 3,1 faiz artıb: "Qeyri-neft sektorunda isə 7,5 faiz artım olub”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Baş nazir qeyd edib ki, Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından didərgin düşüb: "Artıq 20 ildən çoxdur ki, Ermənistan işğalçılıq siyasətini davam etdirir. ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində fəaliyyəti isə heç bir nəticə vermir”.

İsmayıl Qəhrəman bildirib ki, Türkiyədə hakimiyyətə gələn, parlament sədri seçilən şəxsin ilk səfərini qardaş Azərbaycana etməsi artıq bir ənənəyə çevrilib. Ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət” kəlamını xatırladan sədr qeyd edib ki, ölkələrimiz əməkdaşlığı bütün sahələrdə davam etdirməkdə qərarlıdır, qardaş dövlətlərimiz arasındakı əlaqələr daim inkişaf edəcək.

Parlamentin sədri İsmayıl Qəhrəman deyib ki, Dağlıq Qarabağ münaqişəsi Türkiyənin də problemidir. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn prinsiplərinə uyğun həll olunmalıdır.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol