• $
  • €
  • ₽
  • ₺
  • £

Çavuşoğlu: "Terrorizmlə mübarizədə birlikdə olmalıyıq"

Çavuşoğlu: "Terrorizmlə mübarizədə birlikdə olmalıyıq"
18.02.2016 14:12
"Təəssüf ki, Ankarada törədilən terror aktına görə biz Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasını keçirə bilmədik. Amma yaxın gələcəkdə biz yenidən onu təşkil etmək niyyətindəyik".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla birgə mətbuat konfransı keçirən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O, dünən Ankarada baş verən terror aktından sonra verdiyi dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib.

"Terrorizmlə mübarizədə birlikdə olmalıyıq. Biz PKK, YPG, PYD kimi terror təşkilatları arasında fərq qoymuruq və onlarla mübarizə aparırıq. Terrorizmə qarşı mübarizədə Azərbaycanla heç bir fikir ayrılığımız yoxdur. Azərbaycan terrorizm qarşı mübarizədə Türkiyənin mövqeyini bölüşür", - deyə M.Çavuşoğlu bildirib.

Türkiyənin XİN başçısı vurğulayıb ki, hazırda Ankarada törədilən terror aktı ilə əlaqədar araşdırmalar gedir. O qeyd edib ki, hər bir dövlət öz ərazisini terror təşkilatlarından təmizləmək hüququna malikdir.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol