• $
  • €
  • ₽
  • ₺
  • £

Əfv Komissiyasının rəhbərliyi təsdiqləndi

Əfv Komissiyasının rəhbərliyi təsdiqləndi
19.02.2016 20:35
Komissiyanın öncəki tərkibində olmuş 6 üzv vəfat edib, Elmira Süleymanova yeni tərkibdə üzv kimi təsdiqlənməyib

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Prezident yanında Əfv Məsələləri Komissiyasının tərkibinin buraxılması barədə fərman, habelə Əfv Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə sərəncam imzalayıb.
 
APA-nın məlumatına görə, Əfv Komissiyasının yeni tərkibində də Komissiyanın sədri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir.
 
Daxili işlər naziri Ramil Usubov, ədliyyə naziri Fikrət Məmmədov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev (milli təhlükəsizlik nazirinin əvəzinə təyin olunub-red.), Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, deputat Elmira Axundova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyev, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev, deputat Məlahət İbrahimqızı, əməkdar müəllim Cəmilə Ramazanova yeni Əfv Komissiyasının üzvləri kimi təkrar təsdiqləniblər. Komissyianın katibi Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri Kəmalə İsmayılova da yenidən vəzifəsində təsdiqlənib. Ombudsman Elmira Süleymanova isə yeni tərkibdə yer almayıb.
 
Əfv Komissiyasının öncəki tərkibində üzv kimi yer almış Hüseyn Cavidin xatirə muzeyinin direktoru olmuş Turan Cavid, Xalq şairi Zəlimxan Yaqub, Xalq yazıçısı Vaqif Səmədoğlu, Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru olmuş Ağamusa Axundov, Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun direktoru olmuş sabiq deputat Zahid Qaralov vəfat ediblər.
 
Əfv Komissiyasında yer alan yeni üzvlər isə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, deputat Bəxtiyar Əliyev, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyevdir.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol