• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya hərbi gəmiləri Bakı limanında

Rusiya hərbi gəmiləri Bakı limanında
20.02.2016 12:26
2016-cı ildə Xəzər dəniz donanması Azərbaycan, Qazaxıstan və İran limanlarına dost səfəri edəcək

Rusiyanın Xəzər dəniz donanmasının gəmiləri Azərbaycan limanına gələcək.

ANS PRESS-in məlumatına görə, 2016-cı ildə Xəzər dəniz donanması Azərbaycan, Qazaxıstan və İran limanlarına dost səfəri edərək bir sıra beynəlxalq yarış və təlim keçirəcəklər.


Xəzər dəniz donanmasının komandanı kontr-admiral İqor Osipovun TASS agentliyinə verdiyi məlumata görə, ilin ikinci yarısında Maxaçqalada yerləşən hərbi qəmi bölüyü "Adeks-2016” hərbi-dəniz sərgisində iştirak etmək üçün Bakıya, İranın Bəndər-Ənzəli limanı və Qazaxıstanın Aktau limanına gələcək.

Bu il həmçinin "ArMİ-2016”- "Dəniz kuboku” hərbi oyunlarının keçirilməsi planlaşdırılır. Bu yarışlar xəzəryani ölkələrin iştirakı ilə Xəzər dənizi akvatoriyasının orta hissəsində və Kaspiysk və Maxaçqala şəhərlərində yerləşən  təlim komplekslərində baş tutacaq. Yarışların proqramının keçən illə müqayisədə çətiləşdiriləcəyi gözlənilir – qəminin davamlılığı və dənizə düşən insanların xilas edilməsinə dair yarışlar əlavə ediləcək.


2015-ci ildə "Xəzər Kuboku" hərbi oyunları 3-15 avqust tarixlərində baş tutub.

Həmin vaxt oyunların keçirildiyi Rusiyanın Həştərxan şəhərinə Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin gəmiləri də getmişdi.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol