• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycana yeni birgə layihələr təklif ediləcək”

“Azərbaycana yeni birgə layihələr təklif ediləcək”
25.02.2016 21:05
 ATƏT/DTİHB-nin direktoru: "Azərbaycana yeni birgə layihələr təklif ediləcək”

Bakı. Türbət Bağırova - APA. "Dağlıq Qarabağ dövlət kimliyinə malik deyil, ona görə də bizi seçkiləri müşahidə üçün dəvət edə bilməz. Bizim üçün mütləq aydın olan bir məsələ var: biz beynəlxalq hüquqi status-kvonu və beynəlxalq səviyyədə tanınmış sərhədləri dəstəkləyirik”.
 
APA-nın "vestikavkaza.ru” saytına istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Maykl Link Almaniya Xarici Siyasət Cəmiyyətində keçirilən müzakirələrdə Qarabağ separatçılarının nümayəndəsinə cavabında deyib.
 
ATƏT/DTİHB  və Azərbaycan arasında münasibətlərin perspektivləri barədə danışan M. Link  Azərbaycanla dialoq və konstruktiv əməkdaşlığın tərəfdarı olduğunu bildirib: "Əlbəttə, biz ötən il Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edə bilmədiyimiz üçün təəssüf edirik. Əgər müşahidəçilərin sayı bizim seçki metodologiyasında qeyd ediləndən az olarsa, monitorinqin nəticələrinin həqiqəti əks etdirəcəyinə təminat verə bilmərik. Lakin biz hələ də bununla bağlı müzakirələrə hazırıq”.
 
Azərbaycanın DTİHB üçün vacib tərəfdaş olduğunu deyən M. Link ölkəyə yeni birgə layihələrin təklif ediləcəyini deyib.
 
"Son seçkiləri müşahidə edə bilməsək də, əməkdaşlığımız davam edir”, - deyə DTİHB direktoru əlavə edib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol