• $
  • €
  • ₽
  • ₺
  • £

Xorvatiyanın sabiq prezidentləri Bakıya gəlir

Xorvatiyanın sabiq prezidentləri Bakıya gəlir
02.03.2016 15:50
Xorvatiyanın sabiq prezidentləri Stepan Mesiç və İvo Yosipoviç 10-11 mart tarixlərində Bakı şəhərində "Çoxqütblü dünyaya doğru” mövzusuna həsr edilən IV Qlobal Bakı Forumunda iştirak məqsədilə Azərbaycana səfər edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri müzakirə olunacaq. Bundan başqa, qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu ilə bağlı məsələlər də forumun gündəliyinə daxildir.

Qeyd edək ki, S.Mesiç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvüdür. Hər iki sabiq prezident 2015-ci ilin 28-29 aprel tarixlərində Bakı şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusunda keçirilmiş III Qlobal Bakı Forumunda iştirak ediblər.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol