İran: Ermənistan və Azərbaycan arasında münaqişədə tərəfsizik

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Azərbaycan və Ermənistan arasında baş verən hərbi toqquşmalarla bağlı ölkəsinin tərəfsiz olduğunu bildirib.
APA-nın "sabah.com.tr” saytına istinadən verdiyi xəbərə görə, bu barədə o, İran Məclisinin milli təhlükəsizlik və xarici siyasət komitəsində keçirilən toplantıda deyib.
O, komitədə Azərbaycan və Ermənistan arasında baş verən toqquşmalar və İrana atılan mərmi barədə məlumat verib.
Komitə üzvlərindən millət vəkili İbrahim Ağa Məhəmmədi isə toqquşmaların hər iki ölkənin zərərinə olacağını vurğulayıb. O da İranın tərəfsiz ölkə kimi toqquşmaların dayandırılmasına çalışdığını qeyd edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Son xəbərlər 
Daha çox 






















