• $
  • €
  • ₽
  • ₺
  • £

Cəbhədəki vəziyyətlə bağlı Avropa Parlamentinin deputatları bəyanat verdilər

Cəbhədəki vəziyyətlə bağlı Avropa Parlamentinin deputatları bəyanat verdilər
05.04.2016 20:07
"Aprelin 1-dən 2-nə keçən gecə Dağlıq Qarabağ bölgəsində Azərbaycanla Ermənistan arasında görünməmiş gərginlik baş verib və bu çoxsaylı ölüm və itkilərə səbəb olub”.
 
APA-nın məlumatına görə, bu barədə Avropa Parlamentinin deputatları Raşida Dati (Fransa), Kristian Busoi (Rumıniya), İveta Qriqul (Latviya), Anna Fotyqa (Polşa), Ramona Manesku (Rumıniya) və İvo Vajglın (Sloveniya) birgə bəyanatında deyilir.
 
Deputatlar zorakılıq nəticəsində həyatlarını itirmiş şəxslərin ailələri ilə həmrəy olduqlarını ifadə ediblər: "1988-ci ildə Dağlıq Qarabağ regionu dağıntı, zorakılıq və faciə səhnəsi olub. Media daim insidentlər barədə məlumatlar verir. Lakin ilk dəfədir ki, qəddarlıq bu dərəcədə intensiv olub”.
 
Bəyanatda bildirilir ki, Avropa İttifaqı üçün problemin beynəlxalq hüquqa hörmət, etimad və qarşılıqlı razılaşma tədbirlərinə əsaslanacaq sülh yolu ilə həlli üçün öhdəliyi üzərinə götürməyin vaxtıdır: "Uzun müddət Avropa gözlərini bu məsələyə bağlı saxlayıb. Bu bizim qonşuluğumuzda olan vacib regiondur, orada baş verən hadisələr birbaşa bizə təsir edir. Biz Avropa Komissiyasını Ali Nümayəndəsi və vitse-prezidentinə mümkün qədər tez bir zamanda regiona səfər etməyə və Avropanın öhdəliklərini nümayiş etməyə çağırırıq. Avropa Parlamentinin üzvləri kimi dialoqa gedə biləcəyini, danışıqları bərpa edəcəyini və sülh üçün yol tapa biləcəyini nümayiş etdirən Azərbaycan rəhbərliyinə inanırıq”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol