• $
  • €
  • ₽
  • ₺
  • £

Spiker: “Qarabağ probleminin sülh yolu ilə həlli üçün hələ imkanlar qalmaqdadır”

Spiker: “Qarabağ probleminin sülh yolu ilə həlli üçün hələ imkanlar qalmaqdadır”
29.04.2016 19:40
Bu gün Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Malta xarici işlər naziri Corc Vellanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, O. Əsədov Azərbaycanın Malta ilə əlaqələrin inkişafında maraqlı olduğunu, Malta ilə siyasi əlaqələrin yüksək səviyyədə olmasının digər sahələrdə münasibətlərin inkişafı üçün yaxşı şərait yaratdığını bildirib.
 
Milli Məclis sədri bu günədək ölkələrimiz arasında iki sənəd imzalandığını xatırladıb və münasibətlərin hüquqi bazasını daha da möhkəmləndirməyin günün tələbi olduğunu qeyd edib. O. Əsədov ölkələrimiz arasında iqtisadi əməkdaşlığın dərinləşməsi üçün geniş imkanların olduğunu, Azərbaycanın Maltanın enerji sektoruna investisiya yatırımında  iştirak etdiyini nəzərə çatdırıb. 
 
O. Əsədov BMT Təhlükəsizlik Şurasının, AŞPA-nın qərar və qətnamələrinə məhəl qoymayan Ermənistanın işğalçılıq siyasəti yeritməkdə davam etdiyini də bildirib. Onun sözlərinə görə, cəbhəyanı bölgələrdə erməni silahlıları tərəfindən dinc əhali, yaşayış və ictimai  binalar atəşə məruz qalır: "Bu ilin aprel ayının əvvəlində cəbhə xəttində baş vermiş hadisələr bir daha sübut etdi ki, Azərbaycan problemi başqa vasitələrlə də həll edə bilər. Ancaq biz hesab edirik ki, münaqişənin ölkələrin ərazi bütövlüyü prinsipi, beynəlxalq hüquq normaları çərçivəsində, sülh yolu ilə həlli üçün hələ imkanlar qalmaqdadır. Bunun üçün nüfuzlu beynəlxalq qurumların və ayrı-ayrı dövlətlərin  səylərinin artırılmasına ehtiyac var”.
 
Malta xarici işlər naziri C. Vella isə Maltanın bir Avropa ölkəsi kimi Azərbaycanla əlaqələri inkişaf etdirmək niyyətində olduğunu söyləyib. Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinin tərəfdarı olduğunu vurğulayıb, atəşkəs rejiminə əməl olunmasını önəmli hesab edib. O, ATƏT-in Minsk qrupunun bu sahədə gördüyü işlərdən danışaraq, problemin həlli üçün danışıqlar prosesinin davam etdirilməsini çıxış yolu kimi dəyərləndirib.
 
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Maltadakı səfiri Məmməd Əhmədzadə və digər rəsmi şəxslərin iştirak etdiyi görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları və həyatın digər sahələrində əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol