• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni generalı Azərbaycana qarşı yeni müharibəyə çağırdı

Erməni generalı Azərbaycana qarşı yeni müharibəyə çağırdı
27.05.2016 10:12
Erməni tərəfi strateji yüksəklikləri tərk edib və onları geri qaytarmaq lazımdır.

Oxu.Az "Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Arkadi Ter-Tadevosyan (Kommandos) bəyan edib və faktiki olaraq Azərbaycan ilə yeni müharibəyə çağırıb.

General qeyd edib ki, hərbi komandanlıq lazım olan addımları atmayıb.

"İndi isə bunu ört-basdır etmək üçün bu yüksəkliklərin strateji əhəmiyyətə malik olmadığını deyirlər. Bu, çox mühüm strateji əhəmiyyətə malik yüksəkliklərdir. Hazırda bu yüksəkliklərin geri qaytarılması haqqında düşünmək lazımdır ki, elə həmin Talışda, Martakert (işğal olunmuş Ağdərə rayonu - red.) və Madagizdə insanlar rahat yaşaya bilsinlər. Təbii ki, bizim bəzi deputatlarımızın verdiyi bəyanatlar yuxarıda söylənənlərdən irəli gəlir, bu isə çox kədərlidir”, - Arkadi Ter-Tadevosyan vurğulayıb.  

Ter-Tadevosyan həmçinin qeyd edib ki, Ermənistan Müdafiə Nazirliyi və rəhbərliyi itirilmiş mövqeləri geri qaytarmaq haqqında düşünməlidirlər.

"Biz bu yüksəkliklərə görə çox şey itirmişik və itirməkdə davam edəcəyik. Talışda yaşayan yoxdur. Qarabağın iri şəhəri – Martakert atəş altındadır. Təbii ki, insanların geri dönüb, orada rahat yaşamaları üçün bu yüksəklikləri geri qaytarmaq lazımdır”, - o deyib.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol