• $
  • €
  • ₽
  • ₺
  • £

Kaliforniyanın bəzi şəhərlərində “Azərbaycan Milli Günü” elan edilib

Kaliforniyanın bəzi şəhərlərində “Azərbaycan Milli Günü” elan edilib
27.05.2016 12:57
ABŞ-ın Kaliforniya ştatının bəzi vilayət və şəhərlərində 28 may tarixi "Azərbaycan Milli Günü” elan edilib. Bununla bağlı müvafiq bəyannamələr Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna təqdim olunub.  
 
Baş Konsulluqdan APA-ya verilən xəbərə görə, Qərbi Hollivud, Santa Monika və Torrens şəhərləri tərəfindən müvafiq sənədlər qəbul edilərək, bu şəhərlərdə 28 may "Azərbaycan Milli Günü” elan edilib. Orinc Vilayəti Nəzarətçilər Şurası da 28 may tarixini bütün vilayət ərazisində "Azərbaycan Milli Günü” elan edərək, sakinləri bu günü qeyd etməyə çağırıb.        
 
Sənədlərdə bildirilir ki. Azərbaycan xalqı 1918-ci ilin 28 may tarixində öz müstəqilliyini elan edərək, müsəlman dünyasında ilk demokratik və dünyəvi respublika təsis edib, qadınlara nəinki müsəlman dünyasında, eləcə də ABŞ-dan öncə səsvermə hüquq verib. 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycanın öz müstəqilliyini və suverenliyini möhkəmləndirdiyi vurğulanaraq, hər il ABŞ da daxil olmaqla, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının 28 may tarixini Milli Gün olaraq qeyd etdiyi bildirilir. Bəyannamələrdə, eyni zamanda, önəmli Xəzər bölgəsində yerləşən Azərbaycanın ABŞ-ın strateji tərəfdaşı olduğu vurğulanır. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol