• $
  • €
  • ₽
  • ₺
  • £

Nalbandyanın Polad Bülbüloğlu haqqında dediklərinə reaksiya verildi

Nalbandyanın Polad Bülbüloğlu haqqında dediklərinə reaksiya verildi
27.05.2016 13:11
Azərbaycanın Rusiyadakı səfirliyi Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın ölkə parlamentində deputatların suallarını cavablandırarkən səfir Polad Bülbüloğlu haqqında dediklərinə münasibət bildirib.
 
Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda Nalbandyana xatırladılır ki, səfirlərin fəaliyyətinə təmsil etdikləri ölkənin rəhbəri və qəbul edən tərəf qiymət verir:
 
”Mayın 26-da bəzi Ermənistan KİV-lərində kiçik qeyd yayılıb. Qeyddə bildirilirdi ki, Nalbandyan deputatların suallarını cavablandırarkən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun fəaliyyəti barədə fikirlərini bildirməklə yanaşı, bəzi qiymətləndirici mülahizələr səsləndirib. Nalbandyan Bülbüloğlunun fəaliyyətinin diplomatik çərçivədən kənar çıxdığını deməklə, səfiri reklam etməyə lüzum görmədiyini bəyan edib.  
 
Edvard Aqvanoviçə xatırlatmaq lazımdır ki, səfirlərin fəaliyyətinə üçüncü şəxslər deyil, təmsil etdikləri ölkənin rəhbəri və qəbul edən tərəf qiymət verir. Buna görə də erməni nazir öz işçilərinə diqqət yetirsə, yaxşı olardı. Halbuki Azərbaycana təcavüz edən ölkənin xarici siyasət idarəsi rəhbərinin Polad Bülbüloğlunun fəaliyyətinə bu cür şərh verməsi faktı özü-özlüyündə Azərbaycanın Rusiyadakı səfirinin işinin keyfiyyətinin əyani göstəricisidir”. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol