• $
  • €
  • ₽
  • ₺
  • £

​Dövlət başçısı: "Enerji amili bizim üçün artıq prioritet deyil"

​Dövlət başçısı: "Enerji amili bizim üçün artıq prioritet deyil"
08.06.2016 22:39

 "Bizim böyük qaz ehtiyatlarımız var. Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Əminəm ki, vaxt keçdikcə yeni kəşfiyyat layihələri ilə biz mütləq bu göstəriciləri daha da artıracağıq. Lakin enerji amili bizim üçün artıq prioritet deyil".

"Report" xəbər verir ki, bunu Berlində keçirilən Azərbaycan-Almaniya İqtisadi Forumunda çıxışı zamanı prezident İlham Əliyev bildirib.

Prezident Azərbaycanın iqtisadiyyatı şaxələndirməklə əsas diqqəti qeyri-enerji sektoruna cəmləşdirdiyini vurğulayıb:

"Bu gün enerji amili ümumi daxili məhsulda cəmi 30 faizdən bir qədər artıq, gəlirlərimizdə yarıdan aşağıdır. Lakin bir nömrəli məsələ ixrac potensialımızın şaxələndirilməsidir və biz şəffaflıq, düzgün idarəetmə, ixracın stimullaşdırılması, investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı mühüm iqtisadi islahatların həyata keçirilməsini davam etdirmək üçün beynəlxalq maliyyə institutları ilə sıx şəkildə işləyirik".

İlham Əliyev qeyd edib ki, 1995-ci ildən bəri Azərbaycana 200 milyard dollar investisiya yatırılıb, bunun yarısı xarici investisiyalardır.

"Bizim hazırda prioritet hesab etdiyimiz sahələr arasında kənd təsərrüfatı birinci yerdədir. Çünki əhalinin demək olar ki, yarısı kənd yerlərində yaşayır və bunun üçün yaxşı iqlim şəraiti mövcuddur. Yüksək texnologiyalar - İKT sektoru kifayət qədər inkişaf edib. Azərbaycan kosmik sənayesi olan ölkəyə çevrilib, iki peyki orbitə buraxıb və bu proses davam etdiriləcək", - deyə dövlət başçısı vurğulayıb.

O, həmçinin nəqliyyat sahəsinə də toxunub:

"Biz coğrafi mövqeyimizdən istifadə edərək qitələri birləşdirən çox güclü logistik və nəqliyyat infrastrukturu yaratmışıq. Məsələn, İpək Yolunun bərpası ilə bağlı layihəyə 2007-ci ildə - biz Türkiyə və Gürcüstan ilə birgə üç ölkə arasında Asiya və Avropanı birləşdirən dəmir yolunun tikintisinə başlamağımızla start verildi. Beləliklə, indi bu layihə demək olar ki, hazırdır və ümidvaram, bu ilin sonunadək bu marşrut açılacaq.

Artıq Azərbaycan ərazisi ilə Çindən Avropaya ilk sınaq konteyner qatarları keçib. Bu, Asiyadan Avropaya və əks istiqamətdə ən qısa yol olacaq. Ümidvaram ki, alman şirkətləri bu ilin sonunadək reallaşacaq bu imkandan yararlanacaqlar. Eyni zamanda, Xəzər dənizində Bakıya yaxın yerdə ən böyük dəniz limanının tikintisi və yenə də Azərbaycan ərazisindən istifadə etməklə Cənubdan Şimala daha bir dəhlizin yaradılması layihələri ilə Azərbaycan nəqliyyat nöqteyi-nəzərindən regionun coğrafi və logistik mərkəzinə çevriləcək. Bu, nəinki iqtisadi cəhətdən faydalı olacaq, həm də əməkdaşlığı və qarşılıqlı əlaqələri gücləndirəcək. Əgər biz sabit vəziyyət yaratmaq istəyiriksə, - düşünürəm ki, regionun bütün ölkələri bunu etmək istəyir, – bizim regionda fəal beynəlxalq əməkdaşlığa ehtiyacımız var və ən yaxşı yol qarşılıqlı əlaqələrdir".

İlham Əliyev bildirib ki, "enerji layihələri bizim hamımızı bir-birimizdən asılı edir. Biz bazarlardan asılıyıq, bazarlar təchizatdan asılıdır. Nəqliyyatla bağlı vəziyyət də eynidir. Bu, ölkələr arasında proqnozlaşdırılmanı və əməkdaşlığı artıracaq, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri də daha sürətlə inkişaf edəcək".


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol