• $
  • €
  • ₽
  • ₺
  • £

Hillari Klinton: "Tramp ABŞ-ı müflis edəcək"

Hillari Klinton: "Tramp ABŞ-ı müflis edəcək"
22.06.2016 10:24
Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Hillari Klinton seçkilərdəki əsas rəqibi Donald Trampı kəskin şəkildə tənqid edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, xanım diplomat milyarder namizədin ABŞ-ı müflis edəcəyini vurğulayıb.

"Biz ona ABŞ-ı müflis etməyə imkan verə bilmərik. ABŞ Trampın uğursuz kazinolarından biri deyil", - deyə H.Klinton Ohayo ştatında tərəfdarları qarşısında çıxış edərkən bildirib.

Xanım namizəd, həmçinin D.Trampı Uoll Stritlə əlaqələrinin olmasına və adi vergi ödəyicilərinin hesabına ABŞ-ın maliyyə elitasının maraqlarını qorumaq istəməsinə görə də tənqid edib.

"O, milyarderlərə üç trilyon dollar məbləğində güzəştli pul ayıracaq. 120 min varlı amerika ailəsinə 120 milyon sadə amerika ailəsinə verdiyindən daha çox pul verəcək", - deyə H.Klinton qeyd edib.

D.Tramp isə rəqibinin bu sözlərinə sosial şəbəkələrdə cavab verib. "Twitter"dəki tvitlərinin birində o, özünü "borc kralı" adlandıraraq, tərəfdarlarını biznes təcrübəsinin ABŞ-ın xarici borcunu azaltmağa kömək edəcəyinə inandırmağa çalışıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol