• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı deputat AŞ PA-da məruzə etdi

Azərbaycanlı deputat AŞ PA-da məruzə etdi
23.06.2016 18:35
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü, qurumun uşaqlar üzrə baş məruzəçisi Sevinc Fətəliyeva AŞ PA-nın sessiyasında məruzə ilə çıxış edib.

Trend-in məlumatına görə, mədəniyyət və demokratiya əlaqələri haqqında məruzə edən S.Fətəliyeva vurğulayıb ki, mədəniyyət olmayan yerdə tam azadlıq və demokratiyadan danışmaq qeyri-mümkündür: "Demokratiya özü bir güc forması olaraq mədəniyyətin töhfəsi və nailiyyətidir. Demokratik yaşamaq qabiliyyəti cəmiyyətin bütün qatlarında əsrlər və hətta minilliklər boyu hər bir vətəndaşın milli kimliyi, fərdi mədəniyyəti və həyat tərzi əsasında formalaşır”.

Deputat bildirib ki, Azərbaycan mədəniyyət və demokratiyanın birgəyaşayışının nümünəsidir: "Demokratiyanın inkişafı dövlətimizdə qədim demokratik və mədəni ənənələrə əsaslanır. Azərbaycan Şərqdə ilk demokratik dövlət olaraq, qadınlara səs vermək və seçilmək hüququ verməklə, ilk balet və operanın yarandığı məkandır. Biz həmişə bu dəyərlərə sadiqik. Mədəni irsimizin gorunub saxlanması dövlət siyasətinin əsas istiqamətlərindən biridir”.

S.Fətəliyeva vurğulayıb ki, bu gün Azərbaycan dünyanın mədəniyyət mərkəzlərindən biri sayılır: "Ölkəmiz Mstislav Rostropoviç Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi beynəlxalq mədəniyyət tədbirlərinə ev sahibliyi edir”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol