• $
  • €
  • ₽
  • ₺
  • £

Aprel döyüşlərində ermənilərin dağıtdığı tarixi-dini abidələrin siyahısı açıqlandı

Aprel döyüşlərində ermənilərin dağıtdığı tarixi-dini abidələrin siyahısı açıqlandı
28.06.2016 12:28

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu ilin aprelin əvvəlində Ermənistanın təxribatı nəticəsində cəbhəyanı ərazilərdə ziyan görən tarixi-dini abidələrin siyahısını açıqlayıb. 
 
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, döyüşlər zamanı Ermənistan hərbiçilərinin Ağdam rayonunun Mahrızlı kənd qəbiristanlığına atdığı top mərmiləri nəticəsində 6 qəbir tamamilə dağılıb, 7 qəbrin isə baş və sinə daşları yararsız hala düşüb. Dini Komitənin sədri Mübariz Qurbanlı bununla əlaqədar olaraq, ATƏT-in Minsk Qrupu həmsədrlərinə etiraz məktubu göndərib. Eyni zamanda ölkədə fəaliyyət göstərən dini konfessiyalar dünya ictimaiyyətinə müraciət edib.
 
Məlumatda qeyd olunub ki, bu ilin aprel ayının 5-də Ermənistan silahlı birləşmələrinin törətdiyi təxribat nəticəsində Ağdam və Tərtər rayonlarının ərazilərində başqa sahələrlə yanaşı, XIX əsrə aid olan tarixi-dini abidələr də erməni vandalizminə məruz qalıb, bəzi məscidlərə isə ciddi ziyan dəyib: "Ağdam rayonunun Xındırıstan, Əhmədağalı və Zəngişalı kənd məscidlərinin divarlarında böyük çatlar əmələ gəlib. Tərtərdə atılan top mərmiləri "Cümə” məscidinin divarlarında çatlar əmələ gətirib. Birinci Qarabağ müharibəsi dövründə atılan mərmilərdən biri Tərtər şəhər "Cümə” məscidinin minarələrindən birini zədələyib. Tarix və mədəniyyət abidələrimizin ermənilər tərəfindən dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il konvensiyasına ziddir. Dövlət Komitəsi işğal altında qalmış Azərbaycanın tarixi-dini abidələri ilə bağlı məsələni bundan sonra da diqqət mərkəzində saxlayacaq və Azərbaycan həqiqətlərinin  beynəlxalq aləmə çatdırılması istiqamətində tədbirlərini davam etdirəcək”.
 
Komitə bildirir ki, işğal altındakı torpaqlarımızda təsbit olunan tarixi-dini abidələrin təqribi sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol