• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: Azərbaycanla Birləşmiş Krallıq arasındakı münasibətlər bizim üçün xüsusi əhəmiyyət daşıyır

İlham Əliyev: Azərbaycanla Birləşmiş Krallıq arasındakı münasibətlər bizim üçün xüsusi əhəmiyyət daşıyır
15.07.2016 11:58
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Zati-aliləri xanım Tereza Meyə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə təyin edilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlər bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu mənada dostluq əlaqələrimizin gündən-günə genişlənməsi və dərinləşməsi məmnunluq doğurur. Azərbaycanın neft-qaz yataqlarının işlənməsi, enerji daşıyıcılarının hasilatı və onların dünya bazarlarına ixracı sahələrində ölkələrimizi təmsil edən şirkətlərin birgə səmərəli işi qarşılıqlı faydalı əməkdaşlığımızın göstəricisidir.

Ümidvaram ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq əlaqələrinin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Hörmətli xanım Baş nazir, bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, Birləşmiş Krallığın dost xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram".

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol