Məmmədyarov: “Ermənistan əsgərləri təmas xəttində qaldıqca, xoşagəlməz hadisələr davam edəcək”

"Danışıqları daha çox intensviləşdirməliyik”.
APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında sualları cavablandırarkən deyib. O bildirib ki, Ermənistan yenə təmas xəttində təxribatlar törətməyə çalışır:
"Bu hadisələrə son qoymaq üçün diplomatik vasitələrdən istifadə etmək lazımdır. Çünki baş verən xoşagəlməz hadisələr göstərir ki, danışıqların intensivləşməsini istəməyən qüvvələr mövcuddur. Ermənistan əsgərləri təmas xəttində qaldıqca, bu cür xoşagəlməz hadisələr baş verməyə davam edəcək”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Son xəbərlər 
Daha çox 






















