Prezident Administrasiyasının şöbələrindən biri ləğv olundu

Azərbaycan Prezidenti Administrasiyasının İqtisadi siyasət məsələləri şöbəsi ləğv olunub.
"Report” xəbər verir ki, struktur islahatlarından sonra İqtisadi siyasət məsələləri şöbəsi Prezidenti Administrasiyasının şöbələri sırasından çıxarılıb.
Onun yerində Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri xidmətinin İqtisadi siyasət məsələləri şöbəsi yaradılıb.
Bu şöbəyə Mail Rəhimov müdir təyin olunub.
Qeyd edək ki, M.Rəhimov əvvəllər Prezident Administrasiyasının İqtisadi siyasət məsələləri şöbəsinin müdiri olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Son xəbərlər 
Daha çox 






















