Məşhur jurnalist Pavel Şeremet öldürüldü

Məşhur jurnalist Pavel Şeremet Kiyevdə avtomobilinin partladılması nəticəsində həlak olub.
APA-nın "Ukrainskaya pravda” saytına istinadən verdiyi xəbərə görə, hadisə bu gün yerli vaxtla səhər saat 07.45-də baş verib. P. Şeremet aparıcı olduğu "Radio Vesti”yə gedərkən Kiyevin Boqdan Xmelnitski və İvan Franko küçələrinin döngəsində onun avtomobili partlayıb. Maşın "Ukrainskaya pravda”nınn rəhbəri Alyona Pritulaya məxsus olsa da, hadisə zamanı o, avtomobildə olmayıb.
Polis əməkdaşları hadisə yerində təhqiqat aparır.
Qeyd edək ki, 1971-ci il təvəllüdlü P. Şeremet son 5 ildə Ukraynada yaşayıb. Daha əvvəl isə Rusiyanın "1-ci kanal”ında həftəlik analitik proqram "Vremya”nın aparıcısı olub. 2008-ci ildə televiziyanı tərk edib və məşhur "Oqonyok” jurnalında redaktor vəzifəsində çalışıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Son xəbərlər 
Daha çox 






















