• $
  • €
  • ₽
  • ₺
  • £

“Aprel döyüşlərində Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məmulatlardan geniş istifadə edilib”

“Aprel döyüşlərində Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məmulatlardan geniş istifadə edilib”
20.07.2016 16:24
Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 2016-cı ilin birinci yarımilinin yekunlarına həsr edilmiş səyyar kollegiya iclası keçirilib.
 
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib. Yavər Camalov  ordu quruculuğunda aparılan əsaslı islahatlardan və Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən mühüm işlərdən danışıb. Qeyd edib ki, bu gün Azərbaycan Ordusu ən güclü ordular sırasındadır: "Azərbaycan Ordusu aprel ayında təmas xəttində əldə etdiyi uğurlarla - vaxtilə düşmən tərəfinin nəzarətinə keçmiş bir neçə yüksəkliyin geri qaytarılması ilə bunu bir daha sübut etdi”.
 
Yavər Camalov aprel döyüşlərində Müdafiə Sənayesi Nazirliyinin (MSN)  müəssisələrində yaradılan və istehsal olunan bir sıra müdafiə təyinatlı məmulatdan geniş istifadə olunduğunu, düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsində bu məhsulların mühüm rol oynadığını vurğulayıb.  
 
Kollegiyada bildirilib ki, Müdafiə Sənayesi Nazirliyi ilk yarım ili uğurlu nəticələrlə başa vurub. Hesabat dövründə nazirliyin müəssisələrində 2016-cı il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturlarının sifarişləri əsasında bağlanmış müqavilələr üzrə müdafiə təyinatlı məmulatlar istehsal olunaraq sifarişçilərə təhvil verilib. Eləcə də, mülki məmulat istehsalının genişləndirilməsi davam etdirilib. Birinci yarımillikdə istehsal olunan məmulatların 80 faizini müdafiə və xüsusi, 20 faizini isə mülki təyinatlı məmulatlar təşkil edib. Mülki təyinatlı məhsulların istehsalı üzrə proqnoza 110 faiz əməl edilib. 2016-cı ilin istehsal proqramına uyğun olaraq hesabat dövründə nazirliyin müəssisələrində yaradılma üzrə 115 mövzunu və 198 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilib.
 
Müdafiə təyinatlı məmulatların yaradılması sahəsində nazirliyin elm müəssisələrinin potensialından istifadə etməklə elmi-tədqiqat və təcrübi-konstruktor işləri uğurla həyata keçirilib. Nazirliyin Elmi-Tədqiqat İnstitutunda (ETİ) cari ildə 15 mövzu, o cümlədən dövlət sifarişi xətti ilə 14 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilib. Eləcə də, Milli Aerokosmik Agentliyində (MAKA) Silahlı Qüvvələrin sifarişləri əsasında müxtəlif sahələri əhatə edən  33 mövzu üzrə  elmi-tədqiqat işləri aparılıb.
 
Kollegiyada qeyd olunub ki, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan məmulatlar cari ilin aprel ayında Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən "DSA-2016” XV Asiya müdafiə xidmətləri sərgisində  uğurla nümayiş olunub.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol