• $
  • €
  • ₽
  • ₺
  • £

Uorlik: “Regiona bu yaxınlarda səfər etmək planımız yoxdur”

Uorlik: “Regiona bu yaxınlarda səfər etmək planımız yoxdur”
05.08.2016 09:24
"Regiona bu yaxınlarda səfər etməklə bağlı xüsusi planımız yoxdur, lakin prezidentlərin növbəti görüşünün təşkil edilməsi üçün tərəflərlə müntəzəm təmasları davam etdiririk”.
 
Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik APA-nın həmsədrlərin regiona mümkün səfəri ilə bağlı sorğusuna cavabında deyib.
 
C. Uorlik ABŞ Nümayəndələr Palatasının üzvü Cim Kostanın avqust ayındakı rəsmi təmaslar barədə son açıqlamasında da münasibət bildirib: "Konqresmen Kostanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yollarının tapılmasında bizimlə birgə işləmək marağını qiymətləndiririk. Vyana və Sankt-Peterburq görüşləri təmas xəttində zorakılığın azaldılması, substantiv danışıqların yenilənməsi və toqquşma riskinin azaldılması üçün təkliflərin irəli sürülməsi baxımından uğurlu olub. Sülh prosesindəki bu müsbət məqamın prezidentlərin növbəti görüşünün təşkilinin davam etdirilməsi vacibdir. Həmsədrlər prezidentlər arasında dialoqun davam etdirilməsinə sadiqdirlər və onların tezliklə bir araya gətirilməsi imkanlarının yollarını öyrənirlər”.
 
Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ Konqesinin Nümayəndələr Palatasının üzvü Cim Kosta "news.am” saytına müsahibəsində avqust ayında Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın həmsədr ölkələrin xarici işlər nazirləri ilə görüşünün olacağını bildirmişdi. 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol