• $
  • €
  • ₽
  • ₺
  • £

Angela Merkel: Almaniya və Avropa İttifaqı qaçqın böhranına göz yumub

Angela Merkel: Almaniya və Avropa İttifaqı qaçqın böhranına göz yumub
31.08.2016 09:36
"Almaniya və digər Avropa İttifaqı ölkələri öz sərhədləri xaricindəki qaçqın böhranına göz yumub”.

Oxu.Az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel "Sueddeutsche Zeitung” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, miqrasiya böhranını araşdırmaq üçün Almaniya və Aİ-yə səbir və dözüm lazımdır.

"Bizim gördüyümüz, amma üzərində çalışmadığımız siyasi məsələlər var. Almaniyada uzun müddət bu problemə məhəl qoymadıq və məsələnin ümumavropa həllinin tapılmasını blokladıq”, - deyə Merkel vurğulayıb.

Onun sözlərinə görə, Yaxın Şərq və Asiya sərhədlərindən 1 milyondan artıq qaçqın qəbul edən Almaniya İspaniya və digər Avropa İttifaqı ölkələrindəki böhranı həmin dövlətlərin öhdəsinə buraxıb.

"Beləliklə, biz qaçqınların proporsional bölgüsünü rədd etdik”, - deyə Merkel bildirib. Kansler qeyd edib ki, Almaniya Avropa sərhəd agentliyi "Fronteks” modelini dəstəkləməyib.

O əlavə edib ki, qaçqın problemi uzunmüddətli olacaq.

"Biz problemə lazımi qaydada yanaşmadıq”, - deyə kansler etiraf edib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol