• $
  • €
  • ₽
  • ₺
  • £

Elmar Məmmədyarov İƏT baş katibi ilə görüşdü

Elmar Məmmədyarov İƏT baş katibi ilə görüşdü
12.09.2016 15:47
 Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni ilə görüşüb.
 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanla İƏT arasında əməkdaşlığın səviyyəsi, gələcək prioritet istiqamətləri, üzv dövlətlərlə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
Baş katib İyad bin Amin Mədəni müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib. O, Azərbaycanın İƏT-in üzvü kimi fəal rolunu və təşkilatın işinə verdiyi töhfələri yüksək qiymətləndirdiyini bildirib. Baş katib Azərbaycanı multikultural ənənələr və dini dəyərlərin yüksək səviyyədə qorunduğu ölkə kimi xarakterizə edərək, ölkəmizlə əməkdaşlığın bundan sonra da yüksək səviyyədə davam edəcəyinə əminliyini ifadə edib.
 
Azərbaycanın İƏT ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini vurğulayan E. Məmmədyarov İƏT-in üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli platforma olduğunu nəzərə çatdırıb.
 
Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti barədə ətraflı məlumat verən nazir nazir münaqişə ilə bağlı ölkəmizin haqlı və ədalətli mövqeyinin birmənalı şəkildə dəstəklənməsinə görə, İƏT Baş katibi və üzv dövlətlərə öz təşəkkürünü bildirib. O, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair Kontakt Qrupunun yaradılmasının təqdirəlayiq olduğunu qeyd edərək, Qrupun fəaliyyətinin münaqişənin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. 
 
Görüşdə həmçinin tərəflər BMT Baş Assambleyasının qarşıdan gələn növbəti sessiyasında Kontakt Qrupun ilk iclasının keçiriləcəyindən məmnunluqlarını ifadə ediblər.
 
Baş katib 2017-ci ildə İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçirilməsi təşəbbüsünə görə ölkəmizə təşəkkürünü bildirib.
 
E. Məmmədyarov ölkəmizin ev sahibliyi etdiyi birinci Avropa Oyunları, "Formula 1” Avropa Qrand-Prisi və digər mötəbər tədbirlər kimi İslam Həmrəylik Oyunlarının da yüksək səviyyədə təşkil olunacağını diqqətə çatdırıb.
 
Nazir Azərbaycanın bundan sonra da İƏT-ə fəal üzv kimi təşkilatın gündəliyində duran məsələlərin həyata keçirilməsinə öz töhfəsini verməkdə davam edəcəyini vurğulayıb.
 
Görüşdə həmçinin təşkilat çərçivəsində İslam həmrəyliyinin gücləndirilməsinin vacibliyi qeyd olunub.

 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol