• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycan Fələstinin sülh və sabitlik uğrunda mübarizəsinə tam dəstək verir"

"Azərbaycan Fələstinin sülh və sabitlik uğrunda mübarizəsinə tam dəstək verir"
22.09.2016 22:11
 Azərbaycan Fələstinin sülh və sabitlik uğrunda mübarizəsinə tam dəstək verir.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu sözləri Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı Üzv Dövlətlərinin Xarici İşlər Nazirlərinin İllik Əlaqələndirmə Görüşündə çıxışı zamanı bildirib.

"Biz Fələsətin dövlətinə beynəlxalq dəstəyin artmasını görməkdən çox məmnunuq. Mən qardaş Fələstin xalqına sülh, sabitlik və davamlı inkişaf əldə etmək uğrunda mübarizəsinə Azərbaycanın tam dəstək verdiyini bir daha təsdiq etmək istərdim. Azərbaycan Şərqi Yerusəlim Fələstin Dövlətinin paytaxtı olmaqla, İsrail-Fələstin münaqişəsinin "iki-dövlət” arasında həllinə tərəfdardır", - deyə o vurğulayıb.

Nazir Azərbaycanın Fələstin ilə müxtəlif səviyyələrdə müntəzəm məsləhətləşmələr apardığını diqqətə çatdırıb:

"Biz Fələstin ilə müxtəlif səviyyələrdə müntəzəm məsləhətləşmələr aparırıq. Məlumat üçün bildirim ki, 2016-cı ilin may ayında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyini təmsil edən yüksək səviyyəli nümayəndə heyəti Ramallaha rəsmi səfər edib və təcrübi əməkdaşlığın daha da intensivləşdirilməsi məqsədilə ikitərəfli sazişlər imzalanıb".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol