"Dağlıq Qarabağ münaqişəsinin yeganə həll variantı sülh yolu ilə nizamlanmadır"

"Dağlıq Qarabağ münaqişəsi zonasında hadisələrin inkişafını izləyirik. Bölgədəki təcrübəmizə əsaslanaraq Dağlıq Qarabağ münaqişəsinin yeganə həll variantının sülh yolu ilə nizamlanması olduğuna ümid edirik".
"Report" xəbər verir ki, bu fikirləri İsrail Xarici İşlər Nazirliyinin Avrasiya departamentinin direktoru, bu ölkənin Azərbaycandakı keçmiş səfiri Rafael Harpaz azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, İsrail ATƏT-in Minsk qrupunun rəhbərliyi altında beynəlxalq səylərin uğurla başa çatacağına ümid edir və bu səyləri dəstəkləyir: "Bu regiona yalnız sülh lazımdır. Əminəm ki, sülh olarsa, regionun iqtisadi potensialı çox böyükdür".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Son xəbərlər 
Daha çox 






















