• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: "Azərbaycan regionda ən böyük hərbi potensialı olan ölkədir"

İlham Əliyev: "Azərbaycan regionda ən böyük hərbi potensialı olan ölkədir"
27.09.2016 10:06
Prezident İlham Əliyev II Azərbaycan beynəlxalq müdafiə sərgisinin (ADEX) iştirakçılarına məktub göndərib.
 
APA-nın məlumatına görə, məktubda deyilir: "Hörmətli sərgi iştirakçıları!
 
Sizi "ADEX 2016” İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisinin açılışı münasibətilə ölkəmizin paytaxtı Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.
 
Qloballaşma prosesinin geniş vüsət aldığı daim dəyişən dünyamızda dövlətlər intensiv şəkildə təhlükəsizlik çağırışları ilə üzləşirlər. Bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında hərbi-texniki əməkdaşlıq, müasir texnologiyaların və təhlükəsizlik vasitələrinin mübadiləsi məsələlərinin aktuallığı durmadan artmaqdadır.
 
Ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş xarici təcavüz və terrorizmin nəticəsi olaraq, Azərbaycan dövləti təhlükəsizlik sisteminin möhkəmləndirilməsini və dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayır. Qəbul edilmiş Hərbi Doktrina beynəlxalq müstəvidə ümumbəşəri prinsip və normaları rəhbər tutan Azərbaycanın həm müdafiə potensialını, həm də dost və tərəfdaş dövlətlərlə əlaqələrini gücləndirib. Azərbaycan hazırda regionda ən böyük hərbi potensialı olan ölkədir. Bölgədə ilk mötəbər beynəlxalq müdafiə sərgisi də məhz Bakı şəhərində keçirilib.
 
İnanıram ki, iştirakçısı olduğunuz sərgi hərbi-texniki əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu məkan kimi müasir təhlükəsizlik çağırışlarına cavab verən yeni yanaşmalara, xüsusilə müdafiə sənayesi sahəsində mühüm təşəbbüslərə yol açacaq və yeni imkanlar üzə çıxaracaqdır. Hər birinizə gələcək işlərinizdə uğurlar, ölkələrinizə sülh və əmin-amanlıq arzulayıram".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol