• $
  • €
  • ₽
  • ₺
  • £

Uorlik: Həmsədrlər bu ayın sonu regiona səfər edəcəklər

Uorlik: Həmsədrlər bu ayın sonu regiona səfər edəcəklər
06.10.2016 17:48
ATƏT-in Minsk qrupu həmsədrləri bu ayın sonu regiona səfər edəcəklər. 

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. 

O səfərin dəqiq tarixinin hələlik məlum olmadığını deyib. Amerikalı həmsədr səfər zamanı ölkə prezidentləri ilə görüşəcəklərinə ümid etdiklərini bildirib.

C.Uorlik, həmçinin Fransanın növbəti sammiti keçirməklə bağlı təklifini alqışladığını bildirib:

"Fransa, Rusiya və ABŞ ATƏT-in Minsk qrupu həmsədr ölkələri olaraq davamlı sülhə gətirib çıxara biləcək vasitəçilik səylərini davam etdirmək üçün birlikdə sıx işləyirlər”, - deyə Uorlik bildirib.

Diplomat Ermənistanda gələn il keçiriləcək parlament seçkiləri öncəsi danışıqlarda fasilə yarana biləcəyi ehtimalına da cavab verib: "Mənim Ermənistandakı seçkilər barədə şərh vermək səlahiyyətim yoxdur. Lakin tərəflər sülh yolu ilə həllə sadiqdirlər və biz bunun dəyişəcəyini gözləmirik”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol